QR CodeQR Code

Qərbin İran ilə danışıqlar aparmaqdan başqa çıxış yolu yoxdur

Islamtimes , 22 May 2014 13:45

İslamtimes - İran Atom Enerjisi təşkilatının rəhbəri deyib ki, Qərbin İran ilə danışıqlar aparmaqdan başqa çıxış yolu yoxdur.


Əli Əkbər Salehi çərşənbə axşamı günü Qərbi Azərbaycan əyalətində ölkənin ilk milli çox məqsədli Qamma radiasiya sisteminin açılış mərasimində çıxış edərək deyib: “İran yüksək beynəlxalq statusa malikdir, bu səbəbdən də Qərbin İran ilə danışıqlar aparmaqdan başqa çıxış yolu yoxdur.”

O deyib ki, İslam Respublikasına qarşı olan təziqlər ölkənin nüvə enerjisi səbəbindən deyil, əksində İslam Respublikasının güc və qüdrəti səbəbindəndir.

O həmçinin deyib ki, İranın Atom Enerjisi üzrə Təşkilatı gələn illər ərzində nüvə fəaliyyətin müəyyən hissəsini özəl sektora təhvil verəcək.

Layihənin açılış mərasimi çərçivəsində Salehi həmçinin bir sıra ruhanilər ilə görüşlər təşkil etmiş və demişdir ki, İrana qarşı sanksiya və təziqlər ölkəni daha da güclü və qüdrətli etmişdir.

O deyib ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xameneinin müdrik göstərişləri, ölkə rəsmilərinin çox çalışması və xalqın dəstəyi sayəsində İslam Respublikası bütün problemlərin öhdəsindən gələcək.

İran və 5+1 dövlətləri arasında davam edərk nüvə danışıqlarına toxunan Salehi deyib ki, bu barədə heç də narahatlığa ehtiyac yoxdur, çünki İslam Rəhbəri nüvə danışıqlarını çox diqqətlə izləyir.

Keçən həftə İran və 5+1 qrupu – ABŞ, Fransa, Britaniya, Rusiya, Çin və üstəgəl Almaniya Avstryanın Vyana şəhərində nüvə danışıqlarının sonuncu mərhələsini təşkil etdilər.

İran və altılıq dövlət aralarında mövcud olan fərqlilikləri həll etmək və İslam Respublikasının nüvə enerjisi proqramı üzərində mövcud olan mübahisəni həll etmək üçün danışıqlar təşkil edirlər.

2013-cü ilin noyabr ayında hər iki tərəf İsveçrənin Cenevrə şəhərində müvəqqəti nüvə razılığı əldə etdilər. Razılıq yanvar ayından qüvvəyə mindi.


Story Code: 385134

News Link :
https://www.islamtimes.org/az/news/385134/qərbin-iran-ilə-danışıqlar-aparmaqdan-başqa-çıxış-yolu-yoxdur

Islam Times
  https://www.islamtimes.org