0
Thursday 22 May 2014 - 18:23

Sarkozi AB ölkələrini Şengen razılaşmasından imtina etməyə çağırdı

Story Code : 385262
Sarkozi AB ölkələrini Şengen razılaşmasından imtina etməyə çağırdı

O, bu barədə Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib. Sabiq prezident hesab edir ki, 1995-c ildən qüvvəyə minən Şengen razılaşmasının yenisi ilə əvəz edilməlidir. O bildirib ki, bu təcrübə Avropa Birliyini xilas edəcək. “Avropa Birliyi ölkələrindən Fransa və Almaniya bölgədəki iqtisadiyyata daha sıx təsir etmək imkanlarına malikdir. Bu məqsədlə o, frank-alman iqtisadi zonasının yaranmasını dəstəklədiyini bildirib. 
Qeyd edək ki, 1995-ci ildən qüvvəyə minən razılaşmaya əsasən, Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv edilib. Bu zonaya daxil olan ölkələrin əksəriyyəti Avropa Birliyi dövlətləridir. (modern.az)
Comment