QR CodeQR Code

Nigeriyada silahlılar kəndə hücum edərək 25 dinc sakini qətlə yetiriblər

23 May 2014 08:57

IslamTimes - Nigeriyanın şimal-şərqində silahlılar Çikonqudo kəndinə hücum edərək 25 dinc sakini qətlə yetiriblər.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yerli sakinlərin sözlərinə görə, hücum edən şəxslər kəndə, demək olar ki, bütün evləri yandırıblar.
Qeyd edək ki, kənd Qamboru Nqala şəhəri yaxınlığında yerləşir. Xatırladaq ki, ay ərzində qeyd olunan şəhərdə 300-dən çox sakin öldürülüb.
Bundan başqa, bu həftə Nigeriyada silahlılar daha 2 kəndə hücum ediblər, nəticədə 27 sakin ölüb.


Story Code: 385350

News Link :
https://www.islamtimes.org/az/news/385350/nigeriyada-silahlılar-kəndə-hücum-edərək-25-dinc-sakini-qətlə-yetiriblər

Islam Times
  https://www.islamtimes.org