QR CodeQR Code

WikiLeaks: ABŞ demək olar ki, Əfqanistanın bütün telefon zənglərini dinləyir

Ria.az , 23 May 2014 14:53

İslamtimes - ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları Əfqanistanın, demək olar ki, bütün beynəlxalq və daxili zənglərini yazıb dinləyirlər.


WikiLeaks saytında dərc olunan sənədə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları Əfqanistanın, demək olar ki, bütün beynəlxalq və daxili zənglərini yazıb dinləyirlər.

Bundan öncə The Intercept və Washington Post-da deyilirdi ki, ABŞ-ın MTA-sı tərəfindən 2 ölkənin bütün beynəlxalq və daxili zəngləri dinlənilir.

Bunlardan birinin Baham adaları olduğu bildirilirdi, ikincisinin adı isə məxfi saxlanılırdı və yazıda “X dövləti “ adlandırılırdı.



İkinci ölkənin adını WikiLeaks əməkdaşları açıqlayıb. Onların dediklərinə görə, “X dövləti” məhz Əfqanistandır. Məlumatın mənbəsi təhlükəsizlik naminə gizlin saxlanılır.


Story Code: 385457

News Link :
https://www.islamtimes.org/az/news/385457/wikileaks-abş-demək-olar-ki-əfqanistanın-bütün-telefon-zənglərini-dinləyir

Islam Times
  https://www.islamtimes.org