0
Friday 23 May 2014 - 15:20

Avropa Birliyi İsrailin müəyyən mallarının idxalına qadağa qoyub

Story Code : 385466
Avropa Birliyi İsrailin müəyyən mallarının idxalına qadağa qoyub
Avropa Birliyi İsrailin müəyyən mallarının idxalına qadağa qoyub
Cümə axşamı günü Avropa Birliyi işğal edilmiş Fələstin ərazilərində mövcud olan qeyri qanuni yaşayış məskənlərindən olan yumurta da daxil olmaqla toyuq və toyuq məmulatlarının idxal edilməsinə qadağa qoyması haqqında Tel Əviv rejimini məlumatlandırıb.

Avropa Birliyinin Tel Əvivdəki rəsmisi bu məlumatı təsdiq edərək deyib ki, bu qanun yanvar ayından qüvvəyə minmiş İsrail məskənlərində mövcud olan ticarətin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi əsasında imzalanıb.

İsrail işğal edilmiş Fələstin ərazilərində qeyri qanuni məskunlaşma siyasətini yürütdüyü üçün Avropa Birliyi və ABŞ da daxil olmaqla bir sıra qərbli müttəfiqləri tərəfindən tənqid atəşinə məruz qalıb.

28 Mart tarixində Avropa Birliyi xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştona ünvanlanan məktubda Avropa Parlamentinin 29 üzvü İsrailin qeyri qanuni məskunlşama ərazilərində ticarət ilə məşğul olan Avropa şirkətlərinin qarşısını almaq üçün tədbir görülməsini tələb ediblər.

Avropa Birliyi həmçinin qeyri qanuni məskunlaşma ərazisində mövcud olan layihə və planların maliyyələşdirilməsinə qadağa qoyub.

İsrail mallarının beynəlxalq baykot kompaniyası İsrail rejiminə 30 milyon dollar dəyərində ziyan verib.

Baykot kompaniyası Tel Əviv rejiminin işğal edilmiş Fələstin torpaqlarında qeyri qanuni tikintilərə son qoyması üçün beynəlxalq ictimaiyyət tərəfindən təşkil edilmiş təsir vasitəsidir.

1967-ci ildə İsrail işğal etdiyi Fələstin torpaqları olan Qərb Sahili və Şərqi Qüdsdə saldığı qeyri qanuni 120 yaşayış məskənində yarım milyondan çox israilli yaşayır.

Məskunlaşma beynəlxalq ictimaiyyət tərəfindən qeyri qanuni hesab edilir, çünki İsrail bu əraziləri işğal edib və Cenevrə konvensiyasına əsasən işğal edilmiş ərazilərdə hər hansı bir tikinti işlərinin aparılması qadağandır.
Source : Islamtimes
Comment