0
Friday 23 May 2014 - 15:39

İsrail İranın hərbi gücündən qorxuya düşüb

Story Code : 385470
İsrail İranın hərbi gücündən qorxuya düşüb
İsrail İranın hərbi gücündən qorxuya düşüb
İran İslam İnqilabının Mühafizə Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri briqada generalı Ramezan Şərif cümə axşamı günü deyib ki, İsrail rejiminin İrana qarşı hərbi hücum etməməsinin səbəbi budur ki, o həqiqətən də İranın cavab zərbəsindən qorxur.

İranlı ordu rəsmisi həmçinin əlavə edərək beynəlxalq ictimaiyyətin İranın nüvə enerji proqramının dinc xarakter daşıdığı faktını təsdiq etdiyini demiş və bildirmişdir ki, artıq hər kəs bilir ki, İran İslam Respublikası nüvə silahı istehsalı ardınca deyil.

Şərif deyib: “Buna baxmayaraq ABŞ və İsrail İranın daha da inkişaf etməsinin qarşısını almaq üçün müxtəlif bəhanələr icad edərilər.”

2012-ci ilin 22 fevral tarixində İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei demişdir ki, İran məntiq, din və nəzəri cəhətdən nüvə silahına sahib olmağı böyük günah hesab edir.

İslam Rəhbəri nüvə silahına sahib olmağı mənasız, dağıdıcı və təhlükəli hesab etmiş və əlavə edərək demişdir ki, ölkənin nüvə silahına sahib olan dövlətlər ilə rəqabət aparmaq gücünün olduğundan İran xalqı heç vaxt istəməyib və heç vaxt da atom bombası əldə etmək niyyətində olmayacaq.

Cümə axşamı günü İran ordu qüvvələrinin komandiri briqada generalı Əhməd Rza Purdəstan İran Hərbi Qüvvələrinin tam hazır olduğunu bildirməklə xəbərdarlıq edib ki, İslam Respublikası hər bir hərbi təcavüzə ölümcül zərbə verəcək.

Yaxın illər ərzində İran müdafiə sahəsində xeyli uğurlar əldə edib və hərbi təchizat və sistem sahəsində özünü təmin etmək qüdrətini ələ gətirib.

İslam Respublikası dəfələrlə deyib ki, onun hərbi qüdrəti heç bir dövlətə təhlükə yaratmır və onun bu qüdrəti yalnız müdafiə xarakteri daşıyır.
Source : Islamtimes
Comment