0
Friday 23 May 2014 - 15:48

Veto Qərbin Suriyaya müdaxiləsinə blok qoydu

Story Code : 385479
Veto Qərbin Suriyaya müdaxiləsinə blok qoydu
Veto Qərbin Suriyaya müdaxiləsinə blok qoydu
Vitali Çurkin cümə axşamı günü deyib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı Qərbin müdaxiləsi qorxusu səbəbindən anti Suriya qətnaməyə veto qoyub.

Çurkin əlavə edərək deyib ki, Fransanın dəstəklədiyi sənəd Beynəlxalq Cinayət Məhkəmsinin siyasi dəstəyinə səbəb ola və nəhayətdə Suriyaya qarşı hərbi müdaxiləyə şərait yaratmağa gətirib çıxara bilərdi.

Çurkin soruşub: “Bu Suriya münaqişəsinə hərbi müdaxilə etmək üçün yenidən bəhanə yaratmağa çalışmaqdır?”
Rusiyalı nümayəndə həmçinin Fransa və bir sıra digər Qərb dövlətlərini açıq aşkar fırıldaqçılıqda ittiham edib.

Sənəd Suriya münaqişəsinin hər iki tərəfini insan hüquqlarının pozuntusunda, müharibə cinayətində və insanlığa qarşı cinayətdə ittiham edirdi.

Qətnamədə təklif edilirdi ki, prezidenti Bəşər Əsəd və üsyançılar beynəlxalq məhkəmədə mühakimə edilsinlər.

Bu arada Suriyanın BMT-dəki nümayəndəsi Bəşər əl Cəfəri deyib ki, əgər ədalətin bərqərar edilməsini istəyirsinizsə, bu zaman Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, İsrail və Fransa Suriyada etdikləri cinayətlərə görə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar.

O deyib ki, Suriya xalqına kömək etməyin yeganə yolu terrorizm ilə mübarizə aparmaq və münaqişəyə son qoymaq üçün siyasi həll yolunu dəstəkləməkdir.

Bu artıq dördüncü dəfədir ki, Moskva və Pekin öz veto hüquqlarından Suriyaya qarşı qətnaməyə tətbiq ediblər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı mübarizə aparan üsyançıları dəstəkləyirlər.

Məlumata əsasən xaricdən dəstək alan münaqişə nəticəsində 160 min insan həlak olmuş və milyonlarla insan isə öz evindən didərgin düşmüşdür.
Source : Islamtimes
Comment