0
Wednesday 29 September 2010 - 08:04

Əfqanıstan prezidenti göz yaşlarına hakim ola bilmədi

Story Code : 38560
Əfqanıstan prezidenti Həmid Kərzai
Əfqanıstan prezidenti Həmid Kərzai
NTV telekanalının verdiyi məlumata görə, ölkəsinin vəziyyətindən danışarkən ağlayan Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, "oğulumun belə, bir gün müharibəyə görə ölkəni tərk etməsindən qorxuram. Allaha xatir müharibəni dayandırın. And içirəm acı çəkirəm və qorxuram. Oğulumun Əfqanıstanı tərk etməsindən, qaçıb bir xarici olmasından qorxuram. Oğulumun bir xarici olmasını istəmirəm. Uşaqlarımız, bombalar, intihar hücumları və bombardmanlara görə, məktəbə gedə bilmirlər. Müəllimlərimiz, təhdidlər və öldürülmək qorxusuyla məktəbə gedə bilmirlər. Məktəblərimiz bağlı və cəhalət ən böyük problemimizdir." O bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib. /Faktxeber/
Comment