QR CodeQR Code

Ərdoğan Bakıya gələcək

29 Sep 2010 08:25

IslamTimes - İran prezidentinin səfərindən sonra Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi bildirilir.


Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç APA-ya açıqlamasında səfərin ilin sonuna kimi baş tutacağını bildirib.
Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar geniş tərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.
Türkiyə baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinə müxtəlif sahələri təmsil edən nazirlər daxil olacaq. Heyətin tərkibi və səfərin dəqiq tarixi isə oktyabr-noyabr aylarında müəyyənləşəcək.


Story Code: 38561

News Link :
https://www.islamtimes.org/az/news/38561/ərdoğan-bakıya-gələcək

Islam Times
  https://www.islamtimes.org