0
Wednesday 29 September 2010 - 08:34

Yəhudilər İsrailə qarşı…

Story Code : 38562
Yəhudilər İsrailə qarşı…
Yəhudilər İsrailə qarşı…
10 metr uzunluğunda «İrene» adlı katamaranın Qəzza sahili yaxınlığında İsrailə məxsus gəmilər tərəfindən əngənləndiyinə dair xəbərlər daxil olub. «İrene» hərəkatının təşkilatçıları «Twitter» vasitəsilə yaydıqları məlumatda İsrail donanmasının müdaxiləsinə qarşı hər hansı müqavimət göstərməyəcəklərini bəyan ediblər.
İsrail Qəzza zolağında Həmas təşkilatına silah təchizatını əngəlləmək iddiası ilə bölgəni dənizdən mühasirə şəraitində saxlayır.
İsrail, Avropa və ABŞ-dan 10 yəhudi sülh fəalını mühasirə altında saxlanan Qəzzaya daşıyan «İrene» gəmisi bazar günü Şimali Kiprdən Aralıq dənizinə çıxmışdı. Mərkəzi İngiltərədə yerləşən «Fələstinlilər üçün ədalət istəyən yəhudilər» adlı qrupdan Riçard Kuper heç də bütün yəhudilərin İsrailin fələstinlilərə qarşı siyasətini dəstəkləmədiyini göstərmək istədiklərini açıqlamışdı: «Hədəfimiz Qəzzaya yetişməkdir. Amma fəallarımız hər hansı bir fiziki mübarizəyə girişməyəcək. İsraillilərə fiziki güc istifadə etməsi və ya hücum təşkil etməsi üçün hər hansı bir bəhanə verilməyəcək». /Mediaforum/
Comment