0
Wednesday 29 September 2010 - 08:37

Putinlə dialoq mümkün deyil

Story Code : 38563
Putinlə dialoq mümkün deyil
Putinlə dialoq mümkün deyil
Gürcüstanın Xarici işlər nazirinin müavini Nino Kalandadze, Gürcüstanın işğal altında olan torpaqlarının azad olunması üçün Rusiya ilə dialoqa hazır olduqlarını, lakin Vladimir Putinin Rusiyada yenidən dövlət başçısı seçiləcəyi təqdirdə, rəsmi Tiflis ilə Moskva arasında dialoqun baş tutmayacağını söyləyib. İki ölkə arasında yaranan problemlərin dialoq yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını bildirən nazir müavini, lakin dialoqun baş nazir Vladimir Putin ilə mümkün olmayacağını söyləyib. Qeyd edək ki, Gürcüstanda Eduard Şvardnadzenin devrilməsindən sonra, hakimiyyətə gələn Mixail Saakaşvili, qərblə daha çox münasibət yaratdığı üçün rəsmi Moskva ilə Gürcüstan arasında münasibətlər pozulub. Bundan əlavə Gürcüstanla Cənubi Osetiya arasında baş verən müharibə zamanı Rusiya ordusun bu müharibəyə müdaxiləsi, iki ölkə arasında münasibətləri tamamilə yox edib. /Faktxeber/
Comment