0
Saturday 24 May 2014 - 15:35

Siyasi analitik: İran nüvə məsələsi üzərində mövcud olan gərginlik CIA-Mossad ssenarisidir

Story Code : 386122
Siyasi analitik: İran nüvə məsələsi üzərində mövcud olan gərginlik CIA-Mossad ssenarisidir
Siyasi analitik: İran nüvə məsələsi üzərində mövcud olan gərginlik CIA-Mossad ssenarisidir
Garth Porter yüzlərlə ABŞ kəşfiyyat agentliklərinin hesabatları, ABŞ konqresmenlərinin çıxışları və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sənədləri əsasında tərtib etdiyi “Hazırlanmış münaqişələr: İran nüvə qorxusunun deyilməmiş hekayəsi” adlı yeni kitabında belə bir nəticəyə gəlir ki, İran nüvə enerji proqramı üzərində mövcud olan gərginlik həqiqətdə CIA və Mossadın təxribat ssenarisidir.

Analitik vurğulayaraq bildirib ki, İran nüvə enerji proqramının həqiqəti bəzi məxsusi dövlətlər tərəfindən təhrif edilib.
ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

İran isə öz növbəsində bütün ittihamları rədd edərək deyib ki, Nüvə Yayılmam Razılaşmasını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi, nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə haqqı var.

Buna əlavə olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran nüvə obyektlərində müxtəlif araşdırmalar aparmış, ancaq İran nüvə proqramının dinc məqsədlərdən kənara çıxdığını sübut edən heç bir dəlil tapmamışdılar.

İran nüvə enerjisi haqqında narahat olan dövlətlər nədənsə İsrailin nüvə arsenalı qarşısında səssiz qalırlar. İsrail rejimi Yaxın Şərqdə 200-dən çox nüvə başlığına sahib olan rejim kimi tanınır və regionda sülhün əldə edilməsi yolunda başlıca maneələrdən biridir.
Source : Islamtimes
Comment