0
Monday 26 May 2014 - 10:28

ABŞ səfiri Azərbaycanı birdəfəlik tərk edir

Story Code : 386260
ABŞ səfiri Azərbaycanı birdəfəlik tərk edir
Axar.az-a daxil olan məlumata görə, ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası (AAA) səfir Morninqstarın da iştirak etdiyi bir vida mərasimi keçirəcəyi ilə bağlı ictimaiyyət nümayəndələrindən bəzilərinin elektron poçtuna məktub göndərib. 
Məktubda qeyd olunur ki, R.Morninqstar və xanımının da qatılacağı vida mərasimi mayın 27-də, “Caspian Business Center”də, saat 16:00-da baş tutacaq.
Məktubu alan şəxslərdən bəziləri Axar.az-a bu vida törəninin kimin üçün təşkil edildiyinin aydın yazılmadığını, amma Morninqstar və xanımının adının xüsusi vurğulanmasına görə məhz səfir üçün yolasalma törəni olduğunu ehtimal etdiklərini bildiriblər.
Xatırladaq ki, ABŞ-ın ölkəmizdəki səfiri R.Morninqstar bir neçə gün öncə Azərbaycana aid bəzi təhdidlər səsləndirmiş və bu da nəinki ölkədə, hətta MDB məkanında ciddi müzakirələrə və narazılığa yol açmışdı. Moskva KİV-i bir neçə gün bu təhdidləri gündəmdə saxlamış və şərhlər də vermişdi.
Comment