0
Monday 26 May 2014 - 10:22

Davudoğlu Bakıda

Story Code : 386267
Davudoğlu Bakıda
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edib. ANS PRESS-in məlumatına görə, Davudoğlu Azərbaycan və türkmənistanlı həmkarları ilə birlikdə iclas keçirmək üçün Azərbaycana gəlib.
İclasda xarici işlər nazirləri enerji sahəsi başda olmaqla regional müstəvidə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər.
Həmçinin nazirlərin iclasında beynəlxalq məsələlərin də müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, Bakıda Azərbaycan,Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ilk toplantısı olacaq.
Comment