0
Wednesday 29 September 2010 - 14:58

Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir

Story Code : 38645
Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir
Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda bildirib. Bu barədə "Cihan" agentliyi məlumat verir.
"Hər bir ölkə başqa ölkənin ərazi bütövlüyünə hörmət etməlidir; tez və ya gec, Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşmalıdır, çünki Qafqazda sülh və sabitlik bundan asılıdır", - türkiyəli nazir deyir və əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin bərpası başlıca şərt olaraq qalır.
Davudoğlu bəyan edib ki, ötən ilin oktyabrında İsveçrənin Sürix şəhərində imzalanmış Yerevanla Ankara arasında diplomatik münasibətlərin qurulması haqqında protokollar indiyədək qüvvədə qalır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Türkiyəli nazir xaricdəki erməni lobbisini ermənilərin bilərəkdən "soyqırım" kimi qələmə verdikləri 1915-ci il hadisələri ilə alver etməməyə və regionda sülhün əldə olunmasına mane olmamağa çağırıb.
"Sülhün əldə olunması üçün açılan qapıları bağlamayın və bunda Türkiyəni günahlandırmaq lazım deyil", - Davudoğlu deyib.
XİN başçısı bildirib ki, Türkiyə təkcə istisnasız olaraq Yerevandakı hakimiyyətlə deyil, müxtəlif ölkələrdə yaşayan bütün ermənilərlə münasibətləri yaxşılaşdırmağa çalışır. Çünki hər iki xalq - türk və erməni xalqları tarixən yanaşı yaşayıblar.
Davudoğlu ötən əsrdə baş vermiş və ermənilərin "soyqırım" kimi qələm verdikləri, Avropada yəhudi xalqının qırıldığı Holokostla eyniləşdirilən hadisələrin saxtalaşdırılmasını yolverilməz adlandırıb.
"Heç bir türk şəhərində erməni gettosu yoxdur və olmayıb. 1915-ci il hadisələrindən hər iki tərəf - türk və erməni tərəfi ziyan çəkib. Ona görə də yayılan təbliğat ["erməni soyqırımı" haqqında] yalandır. Əgər türklər "soyqırım"da günahkardırlarsa, onda türk xalqlarının Qafqazda və Balkanlarda qırılmasına nə ad vermək olar? Bütün tərəfləri dinləmək vacibdir", - Davudoğlu bildirib.
Onu sözlərinə görə, vəziyyətin gün-gündən pisləşdiyi həmsərhəd Ermənistandakı yoxsul vəziyyət Türkiyəni razı salmır. /Apa/
Comment