QR CodeQR Code

İran sionistlərin İslamafob və İranafob planlarını boşa çıxartdı

Islamtimes , 26 May 2014 23:58

Islamtimes - İran xarici işlər naziri deyib ki, İslam Respublikası düşmənin İslamafobiya və İranafobiya yaymaq təxribatlarının qarşısını aldı.


Muhəmməd Cavad Zərif bazar ertəsi günü deyib ki, İran yanılmaz məntiqi siyasət ilə Sionizmin qlobal arenada yürütdüyü İslamafobiya və İranafobiya kampaniyasının qarşısını aldı.

İran xarici işlər naziri bu açıqlamanı bazar ertəsi günü İranın paytaxtı Tehranda İslam Radio və Televiziya Birliyinin 7-ci Baş Assambleyasında çıxışı zamanı edib.

30 müxtəlif ölkədən media və digər qrumların nümayəndələrinin qatıldığı assambleya bazar günü start götürmüş və çərşənbə gününə qədər davam edəcək.

İran xarici işlər naziri həmçinin İsrailin İran haqqında yalnış təbliğat apardığına toxunmuş və demişdir ki, İslam Respublikası öz məntiq yanaşması ilə işğalçı İsrail rejiminin apardığı bu təbliğatın qarşısını almışdır.

Zərif həmçinin müsəlman dövlətlərini İslam düşmənləri tərəfindən başladılan təxribatlar qarşısında ayıq sayıq olmağa səsləmişdir.

O deyib ki, bəd niyyətlilər, məxsusən də sionistlər illərlədir ki, İslamın imicinə xələl gətirməyə çalışırlar və İslamafobiya kampaniyasını öz gündəlik məsələlərinə daxil ediblər.

İranlı nazir daha sonra müstəqil və məsuliyyətli medialara müraciət edərək müsəlmanlar arasında təfriqə salmaq istəyənlərin aşkar edilərək səhnədən kənarlaşdırılmasına və İslamın düzgün şəkildə təqdim edilməsinə səsləyib.

Zərif deyib ki, “dini ekstremizm” İslam təlimləri ilə heç bir bağlılıq təşkil etmir və ictimaiyyəti İslamın həqiqətəi ilə tanış etmək çox mühüm məsələlərdən biridir.


Story Code: 386617

News Link :
https://www.islamtimes.org/az/news/386617/iran-sionistlərin-islamafob-və-iranafob-planlarını-boşa-çıxartdı

Islam Times
  https://www.islamtimes.org