0
Wednesday 29 September 2010 - 23:43

YAP seçki siyahısını əsaslandırmağa çalışır

Story Code : 38682
YAP seçki siyahısını əsaslandırmağa çalışır
YAP seçki siyahısını əsaslandırmağa çalışır
Siyavuş Novruzov APA Xəbər Agentliyi ilə müsahibədə deyib ki, bu, siyasi ekspertlərin rəyi əsasında hazırlanıb və partiyanın gənc simaları diqqət mərkəzində durub.

Onun sözlərinə görə parlamentdə təmsil olunan YAP-çılardan 17-nin adı yeni seçki siyahısına salınmayıb və bu onların şəxsi xahişləri ilə olub ya dakı yeni simalarla əvəzləniblər.

Keçən il bələdiyyə seçkilərində də YAP-ın bu minvalla hərəkət etdiyinə toxunan millət vəkili partiyanın islahat siyasətini davam etdirəcəyini vurğulayıb.

Hakim Yeni Azərbaycan Partiyası parlamentdəki bütün yerlərə namizəd təyin etsə də, YAP-ın bəzi tanınmış simaları siyahıdan kənar fərdi qaydada namizədliklərini irəli sürüblər.

YAP-ın mətbuat katibi Hüseyn Paşayev bununla əlaqədar fərdi qaydada parlament seçkilərinə namizədliklərini irəli sürən şəxslərə xəbərdarlıq edib ki, namizədliklərini geri götürməsələr, partiya sıralarından çıxarılacaqlar.

Az. R-da parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası sentyabrın 28-dək 1232 nəfərin namizəd olduğunu bildirib.

Bu arada Siyavuş Novruzovun tərəfindən ABŞ-dan pul almaqda ittiham olunan qərbpərəst Xalq Cəbhəsi və Müsavat partiyaları bildiriblər ki, MSK-nın imza vərəqələri götürmə və imza yığma işini əngəlləməsinə etiraz əlaməti olaraq aksiya keçirəcəklər.

2005-ci il parlament seçkilərində müstəqil və islamçı namizədlərin qeydiyyatdan keçməməsi əhali arasında narazılıq doğurmuşdu.
Source : IRIB
Comment