QR CodeQR Code

BMT İsraili pisləyən hesabatı bəyənib

30 Sep 2010 08:20

IslamTimes - BMT-nin İnsan haqları şurası İsrail hərbçilərinin «Azadlıq donanması»na qarşı hücumunu pisləyən hesabatı bəyənib.


BMT İnsan haqları şurasının 30 üzvü hesabatla razılaşıblar, daha 15 üzv bitərəfə qalıb, 1 üzv isə «əleyhinə» səs verib.
Qeyd edək ki, BMT ekspertləri öz hesabatlarında bu il mayın sonunda İsrail xüsusi təyinatlılarının Qəzza zolağına humanitar yardım daşıyan «Azadlıq donanması»na hücumunu pisləyiblər.
56 səhifəlik sənəddə İsrail hərbçilərinin gücdən qeyri-adekvat istifadə etdikləri bildirilir. Sənəd müəlliflərinin fikrincə, İsrail xüsusi təyinatlıları yolverilməz qəddarlıq nümayiş etdiriblər.
3 nəfərdən ibarət ekspertlər qrupu İsrailin beynəlxalq hüquq və insan haqlarını pozduğu qənaətinə gəlib.
Hesabatda həmçinin İsrailin Qəzza zolağını blokadada saxlaması pislənilib. Ekspertlər zolaqda yaranmış humanitar böhran səbəbindən blokadanı qanunsuz sayırlar.


Story Code: 38695

News Link :
https://www.islamtimes.org/az/news/38695/bmt-israili-pisləyən-hesabatı-bəyənib

Islam Times
  https://www.islamtimes.org