0
Tuesday 27 May 2014 - 13:17

Siyasi analitik: Sisi İsrail və ABŞ maraqlarını müdafiə edir

Story Code : 387061
Siyasi analitik: Sisi İsrail və ABŞ maraqlarını müdafiə edir
Siyasi analitik: Sisi İsrail və ABŞ maraqlarını müdafiə edir
Mark Glen Press TV-yə müsahibəsində deyib: “ABŞ və İsrail Misirə sabiq prezident Hüsni Mübarəkin hakimiyyətindən fərqlənməyən yeni hərbi diktatorluq təyin ediblər.”

O əlavə edərək deyib ki, ABŞ və İsrail əgər 2013-cü il Misir hərbi çevrilişinin Vaşinqtonun və Tel Əvivin maraqlarına qarşı olduğunu bilsəydi heç vaxt bu çevrilişə dəstək verməzdi.

Glen deyib ki, ABŞ və İsrail Sisini Misir ordusunun bütöv gücünü Misir xalqına qarşı istifadə etmək qabiliyyətinə malik olduğundan onu dəstəkləyirlər.

Analitik Sisinin ABŞ-ın adamı olacağını bildirib və əlavə edərək deyib: “İsrail və ABŞ Misirdə mövcud olan demoqrafik və siyasi gərginliyin güclü olduğunu başa düşürlər.”

Glen deyib ki, İsrail və ABŞ Sisini Misir üçün onun hərbi təcrübəsi olduğu və Misir cəmiyyəti ilə yaxından tanış olduğu üçün seçiblər.

Misirdə prezident seçkiləri çərşənbə axşamı günü mümkün təhdidlərə qarşı tədbirli olmaq məqsədi ilə artıq ikinci günə daxil olub.

2013-cü ilin iyul ayında ilk demokratik yolla seçilən prezident Muhəmməd Mursini hakimiyyətdən devirən Sisinin prezident seçkilərində qalib gələcəyi gözlənilir.

Sisinin prezident seçkilərində qalib gəlməsi Misir hakimiyyətini yenidən əvvəllər hava qüvvələri zabiti olmuş və Misiri təxminən otuz il müddətində idarə etmiş sabiq diktator Hüsni Mübarəkin devrinə qaytaracaq.
Source : Islamtimes
Comment