QR CodeQR Code

Həsən Nəsrullah: Hizbullahın qələbəsi İslam ümmətinin qələbəsidir

Islamtimes , 27 May 2014 14:18

İslamtimes - Livan Hizbullah hərakatının baş katibi Seyyid Həsən Nəsrullah cənubi Livanın İsrailin işğalından azad olmasının 14-cü il münasibəti ilə çıxış edib.


Hizbullah baş katibi Bint Cubeyldə təşkil edilən və əl Mənar televiziyası ilə canlı yayımlanan çıxışı zamanı deyib: “Hər il 2000-ci ildə əldə etdiyimiz qələbəni qeyd etmək üçün bu əraziyə toplaşırıq və bu qələbənin ilk olaraq böyük və tarixi bir qələbə olduğunu bəyan edirik və bu qələbənin daşıdığı mənanı izah edərək “Böyük İsrail” layihəsinin boşa çıxdığını elan edirik.”

“Biz həmişə bu qələbənin tək Hizbullah deyil, həmçinin Livan, Ərəb və İslam ümmətinə aid olduğunu bildirməklə bunu sadəcə bir qrupa aid etmirik. Bu qələbə Sionizmə qarşı mübarizə aparan bütün İslam ümmətinin qələbəsidir.”

Həsən Nəsrullah deyib: “Bu qələbə olmasaydı daha sonra əldə edilən qələbələr də olmazdı. 2000-ci ildəki qələbə daha sonra əldə edilən qələbələrin təməlidir.”


Story Code: 387101

News Link :
https://www.islamtimes.org/az/news/387101/həsən-nəsrullah-hizbullahın-qələbəsi-islam-ümmətinin-qələbəsidir

Islam Times
  https://www.islamtimes.org