0
Thursday 29 May 2014 - 00:46

Boko Haram hücum etdi: 45 ölü

Story Code : 387303
Boko Haram hücum etdi: 45 ölü
Axar.az xəbər verir ki, Nigeriyanın Borno əyalətinin Qarmuşi kəndinə edilən hücum nəticəsində 100-dən çox adamın həyatını itirdiyi bildirilir. Maiduquri şəhərindən 129 kilometr məsafədə yerləşən kəndə hücum 4 saat davam edib.
Hadisə şahidləri 45 nəfərin artıq dəfn olunduğunu, hadisə nəticəsində ağır yaralıların olduğunu və ölənlərin sayının artacağını bildirir. 
Xatırladaq ki, Nigeriyada fəaliyyət göstərən və dini dövlət uğrunda savaşan Boko Haram təşkilatı qanlı hücumları ilə tanınır və minlərlə adamın öldürülməsində təqsirli bilinir.
Comment