0
Thursday 29 May 2014 - 19:28

BMT: Yaxın Şərqdə yeni Avropa və Ərəb ekstremist şəbəkəsi meydana gəlir

Story Code : 387750
BMT: Yaxın Şərqdə yeni Avropa və Ərəb ekstremist şəbəkəsi meydana gəlir
BMT: Yaxın Şərqdə yeni Avropa və Ərəb ekstremist şəbəkəsi meydana gəlir
BMT-nin əl Qaidənin sanksiya komitəsinin dərc etdiyi hesabatda əl Qaidəyə bağlı xarici döyüşçülərin Suriyadakı əl Qaidəyə bağlı əl Nusra cəbhəsi ilə birləşərək yeni şəbəkə yartdıqlarını bildirilir.

Komitənin rəhbəri Qari Quinlan deyib: “Bu əlaqələr və yaxınlaşma yeni Ərəb və Avropa ekstremistlərin terror şəbəkəsini yaradacaq.”

Quinlan deyib: “Döyüşlər nəticəsində xeyli təlim və təcrübə görmüş bu xarici döyüşçülərin pz vətənlərinə və yaxud hər hansı üçüncü dövlətə geri qaytımları həqiqətdə xeyli narahatçılıq yaradır.”

O Təhülkəsizlik Şurasında çıxışı zamanı deyib ki, əl Qaidə daha cavanlaşır, çünki 30 və 40 yaşlı insanlar əl Qaidəyə rəhbərliyi öz üzərilərinə götürürlər.
Misal üçün Nigeriyanın gənc nəsildən ibarət Boko Haram terror təşkilatı daha çox zorakılığa meyillidir.

O deyib: “Afrika və Asiyada olan orta yaşlı əl Qaidə komandirləri yeni texnoloji fikirlər irəli sürür və yeni hücum planları hazırlayırlar.”

Quinlan deyib ki, əl Qaidə təşkilatı baxımdan bir neçə yerə parçalansa da, ora yeni üzvlərin cəlb edilməsi onu daha möhkəm və təhlükəli edir.
Source : Islamtimes
Comment