0
Friday 30 May 2014 - 23:59

Ehud Barak: Hizbullah dünyanın ən böyük raket sistemini qurmağı bacardı

Story Code : 387876
Ehud Barak: Hizbullah dünyanın ən böyük raket sistemini qurmağı bacardı
Ehud Barak: Hizbullah dünyanın ən böyük raket sistemini qurmağı bacardı
Hizbullahın halhazırda müxtəlif bölgələrdə 43 mindən çox raketə sahib olduğunu bildirən Barak deyib: “Hizbullahın sahib olduğu raketlər İsrailin Aşkalon kimi uzaq cənubda yerləşən şəhərlərini vurmaq qabiliyyətinə malikdir.”

Barakın sabiq köməkçisi Matan Vilnai Hizbullahın dünyada ən böyük raket sistemi qurmağa nail olduğunu bildirib.
Raketlərin olduqca inkişaf etmiş və hər birinin səmtinin İsraili vurmaq üçün ona tərəf tuşlandığını deyən Vilnai Hizbullahın bu uğurunun səbəbini İrandan gələn maddi və mənəvi dəstəkdə olduğunu bildirib.

O deyib: “İran Hizbullaha inkişaf etmiş silah və raket dəstəyini davam etdirir.”
Hərbi kəşfiyyat araşdırmaları şöbəsinin sabiq rəhbəri Yossi Baadts isə deyib ki, Suriya hökuməti Hizbullaha davamlı olaraq silah-sursat verir.

Hizbullahın raket bazasında minlərcə raketlərin olduğunu və Hizbullahın bunları hazır hala gətirdiyini bildirən Baadts deyib ki, Suriya Hizbullahın güclənməsində mühüm rol oynayır.
O deyib: “İran və Suriyanın təlimatları əsasında Hizbullaha davamlı olaraq silahlar göndərilir.”

Ekspertlər İran və Suriyanın Livanı İsrailə qarşı mübarizədə ön cəbhə kimi gördüklrəni bildiriblər.
İsrail Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzindəki araşdırmacılar isə İsrailin Livanın cənubundan çəkildiyi 2000 ilindən sonra keçən altı ildə İran və müttəfiqi Suriyanın Hizbullah üçün təxminən 12 min raketdən ibarət olan bir baza tikməsi və cənubi Livanda müdafiə sistemi qurmaq üçün yardım etdiyini bildiriblər.
Source : Islamtimes
Comment