QR CodeQR Code

Rusiya: Suriyalı üsyançılar cənubi şərqi Ukraynada döyüşürlər

Islamtimes , 30 May 2014 13:07

İslamtimes - Rusiyalı mənbənin bildirdiyinə əsasən Suriyada üsyançılar ilə bir cərgədə döyüşən muzdur ukraynalı döyüşçülər indi halhazırda cənubi şərqi Ukraynada Rusiya yönümlü etirazçılara qarşı əməliyyatlarda iştirak edirlər.


Rusiya Hərbi Birləşmələrinin General heyətində olan mənbə cümə axşamı günü İTAR-TASS xəbər agentliyi verdiyi məlumatda deyib ki, Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən təxminən 300 döyüşçü indi də cənubi şərqi Ukraynada Rusiya yönümlü etirazçılara qarşı təşkil edilən əməliyyatların tərkibində fəaliyyət göstərirlər.

Ukraynanın fəaliyyətdə olan prezidenti Aleksandr Turçynov Moskva yönümlü etirazçıların kökünü kəsmək məqsədi ilə aprel ayının ortalarında Ukraynanın şərqi və cənubi regionlarında hərbi əməliyyatlar başladıb.

Rusiyalı mənbə əlavə edərək deyib ki, üsyançılar Sağ Sektor radikal batalyonuna qoşulmuş və etirazçılara qarşı bir sıra zorakılıqlar tətbiq etmişdilər. Deyilənə görə döyüşçülər Ukraynanın qərb hissəsindədirlər və onların arasında Xüsusi Qüvvələrin nişançı və əsgərləri də yer alır.

Bu həftənin əvvəllərində Rusiya ordusu general heyətinin rəhbəri Valeri Gerasimov deyib ki, özəl hərbi şirkətlər və xaricilər ölkənin şərqində Ukrayna hərbi qüvvələri ilə birgə etirazçılara qarşı döyüşürlər.

Bu ayın əvvəlində “Bild am Sonntag” və “Der Spiegel” də daxil olmaqla Almaniya mətbuatı məlumat yayaraq deyib ki, “Blackwater” özəl hərbi şirkətin 400 komandiri Ukraynada Rusiya yönümlü etirazçılara qarşı hərbi əməliyyatlarda iştirak edirlər.

Aprel ayında Rusiya xarici işlər nazirliyi də həmçinin “Greystone” hərbi təşkilatının 150 amerikalı komandoslarının Ukraynaya yerləşdirilidiyini bildirmişdir.

22 May tarixində BMT insan hüquqları üzrə baş katibin köməkçisi İvan Simonoviç deyib ki, Ukraynanın şərq və cənub bölgələrində baş verən zorakılıq nəticəsində ən azı 127 nəfər həlak olub.


Story Code: 388032

News Link :
https://www.islamtimes.org/az/news/388032/rusiya-suriyalı-üsyançılar-cənubi-şərqi-ukraynada-döyüşürlər

Islam Times
  https://www.islamtimes.org