QR CodeQR Code

İran ölkədə vizasız qalma müddətini uzada bilər

30 Sep 2010 22:52

IslamTimes - İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətinin uzadılması məsələsini müzakirəyə çıxaracaq.


Bu barədə İran Prezidenti Aparatının İqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri, vitse-prezidentin müavini Əli Ağa Məhəmmədi bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddətinin 15 gündən 1 aya uzadılması ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, səfərdən qayıtdıqdan sonra, Tehranda bu məsələni hökumətdə müzakirəyə çıxarıb, Azərbaycan vətəndaşları üçün İranda qalma müddətinin vaxtının artırılmasını təmin edəcəyik", - Ağa Məhəmmədi bildirib.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu ilin fevralın 1-dən etibarən, İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur. /Trend/


Story Code: 38813

News Link :
https://www.islamtimes.org/az/news/38813/iran-ölkədə-vizasız-qalma-müddətini-uzada-bilər

Islam Times
  https://www.islamtimes.org