QR CodeQR Code

İran şirkətləri işğal olunmuş ərazilərdə fəaliyyət göstərmir

1 Oct 2010 08:49

IslamTimes - “İran şirkətlərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir fəaliyyəti yoxdur.


Bununla bağlı yayılan məlumatlar kökündən yanlışdır”. Bu fikirləri APA-nın sualını cavablandıran İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi deyib. O bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü ilk gündən tanıyıb və tanımaqda davam edir. İranın Ermənistana taxıl satma məsələsinə gəlincə, Əli Ağaməhəmmədi deyib ki, ölkəsi Ermənistana rəsmi surətdə taxıl satmayıb: “Biz Ermənistana dövlət xətti ilə taxıl satmamışıq. Bu fikirlərin əsası yoxdur”.


Story Code: 38827

News Link :
https://www.islamtimes.org/az/news/38827/iran-şirkətləri-işğal-olunmuş-ərazilərdə-fəaliyyət-göstərmir

Islam Times
  https://www.islamtimes.org