0
Monday 2 June 2014 - 13:01

İsrail qüvvələri mühasirə şəraitində olan Qəzza Zolağına soxulublar

Story Code : 388450
İsrail qüvvələri mühasirə şəraitində olan Qəzza Zolağına soxulublar
İsrail qüvvələri mühasirə şəraitində olan Qəzza Zolağına soxulublar
Birinci hərbi müdaxilə Rafah sərhəd keçid məntəqəsinin şərqinə yerləşən ərazidə baş verib. Hadisə zamanı ordu hərbi avtomobillər vasitəsilə yerli fələstinlilərə məxsus olan sahələri dağıdaraq sərhəddən 200 metrədək içəriyə soxulublar.

Bundan sonra müxtəlif İsrail ordu tankları sərhəddi keçərək Qəzza Zolağına daxil olmuş və havaya bir neçə atəş açmışdır.

Hadisə zamanı heç bir ölüm və digər hallar müşahidə edilməmişdir.
İsraili tez-tez təhlükəsizlik bəhanəsi ilə Qəzza Zolağına qarşı təcavüzlər həyata keçirir.

2008-2009-cu illərdə İsrailin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 1330-dan çox fələstinli qətlə yetirilmiş və qadın və uşaq da daxil olmaqla xeyli sayda insan yaralanmışdır.

2012-ci ilin noyabr ayında İsrail Qəzzaya qarşı Müdafiənin Sütunları 1 adlı əməliyyata başladı. Qadın və uşaqlar da daxil olmaqla 160-dan çox fələstinli həlak olmuş və 1200 nəfər isə yaralanmışdır.

Buna cavab olaraq fələstinli müqavimət döyüşçüləri İsrail ərazisinə raket zərbələri endirmiş və ən azı beş israillini qətlə yetirmişdir. Bu təcavüz Misirin vasitəçiliyi ilə Həmas və İsrail arasında atəşkəs razılaşması imzalamqla başa çatmışdır.

2007-ci ilin iyun ayından etibarən Qəzza mühasirə şəraitindədir. Mühasirə ərazidə işsizliyin, yoxsulluğun və aclığın səviyyəsini xeyli dərəcədə artmasına səbəb olmuşdur.

İşğalçı İsrail rejimi Qəzza Zolağına işğal altında saxlamaqla Qəzzada yaşayan 1.7 milyon insanın əsas hüquqlarını pozur.
Source : Islamtimes
Comment