QR CodeQR Code

Qərb İran-Rusiya-Çin ittifaqından qorxuya düşüb

Islamtimes , 2 Jun 2014 13:25

İslamtimes - Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, Bilderberqeslərin rəhbərlik etdiyi Qərb dövlətləri İran, Çin və Rusiya arasında artmağa davam edən müttəfiqlikdən qorxuya düşüblər.


Kevin Barret Danimarkanın Kopenhagen şəhərində keçirilən və 1 iyun tarixində başa çatan bu ilki Bilderberq konfransına toxunaraq deyib: “Bilderberqslərin əsas narahatçılığı İran, Rusiya və Çin ittifaqının yaranmasıdır.”

O Rusiya və Çin arasında imzalanan qaz sövdələşməsinin əhəmiyyətindən danışmış, İran və Rusiyanın Suriyanı NATO təcavüzü qarşısında uğurlu müdafiəsinə toxunmuş və bütün bunların Bilderbergin rəhbərlik etdiyi Qərbin bundan sonra dünya hegamonluq planını həyata keçirib-keçirə bilməyəcəyi haqqında suallar ortaya qoymuşdur.

Barret deyib ki, Bilderbergin əsas narahatçılığına səbəb olan digər amilliyət isə Rusiyanın Belarusiya və Qazaxstan ilə Avroasiya İqtisadi Birliyini yaratması və Çinin Rusiya və İran ilə Asiya Təhlükəsizlik Aliyansını yaratmaq haqqında təklif irəli sürməsi olub.


Barrett deyib: “Bütün bunlar, əsasən də Rusiya və Çin arasında mövcud olan qaz boru kəməri razılaşması göstərir ki, artıq dünya Bilderberqlərin idarəçiliyindən çıxır.”

Keçən ay Çin prezidenti Si Cinpin İran və Rusiyanın iştirakı ilə təhlükəsizlik əməkdaşlığı məqsədi ilə yeni Asiya təşkilatının yaradılmasını təklif etmişdir.

Keçən cümə axşamı günü Rusiya prezidenti Vladimir Putin Belarusiya prezidenti Aleksandr Lukaşenko və Qazaxstan prezidenti Nursultan Nazarbayev ilə Avroasiya İqtisadi Əməkdaşlıq Birliyinin yaradılması haqqında qanun imzaladılar.

Barrett deyib ki, çox güman ki, Bilderberqlər bundan sonra İran ilə sülh yaratmaqla və Rusiya və Çinə qarşı zorakılıqdan çəkinərək yeni sülh planlarını həyata keçirəcəklər.

O əlavə edərək deyib: “Və yaxudda ki, onlar 11 sentyabr hadisəsinə bənzər hücumlar həyata keçirərək qanlı imperiya işğalının növbəti mərhələsini başladacaqlar.”


Story Code: 388458

News Link :
https://www.islamtimes.org/az/news/388458/qərb-iran-rusiya-çin-ittifaqından-qorxuya-düşüb

Islam Times
  https://www.islamtimes.org