0
Monday 2 June 2014 - 13:43

Siyasi tədqiqatçı: İran təhdidi İsrail və ABŞ tərəfindən uydurulub

Story Code : 388465
Siyasi tədqiqatçı: İran təhdidi İsrail və ABŞ tərəfindən uydurulub
Siyasi tədqiqatçı: İran təhdidi İsrail və ABŞ tərəfindən uydurulub
Porter dəqiq və qərəzsiz araşdırma apararaq keçən on ildən bəri mövcud olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bütün hesabatlarını oxuyub və incələyib. O həmçinin İran məsələsi ilə əlaqədar olaraq Amerika kəşfiyyat agentliyinin bütün hesabatlarına çıxış əldə edib. Bundan başqa Porter bir sıra Amerika rəsmiləri və analitikləri ilə müsahibələr aparmış və ölkə rəsmilərinin konqres qarşısında çıxışlarını incələmişdir.

Nəticələr bu kitabda bütün sənəd və sübutları ilə birgə dərc edilmiş və İran ünvə məsələsi, hücum ssenariləri və İrana qarşı uydurulmuş bütün bəhanələr bu kitabda təfsilatı ilə əks olunmuşdur.

Eyni zamanda bu kitab İran və super güclər arasında gedən intensiv nüvə müzakirələri zamanı nələrin müzakirə olunduğu haqqında ətraflı və dəqiq məlumat əldə etmək üçün güvənilir mənbədir.

Porterə əsasən İran nüvə enerji proqramı üzərində problemin yaradılması hələ xeyli müddət əvvəlcədən planlaşdırılmışdır.

Hadisələr ABŞ-ın 1980-ci illərdə İran-İraq müharibəsində İraqa dəstək verməsi ilə başlayır. Porterə əsasən Sovet birliyinin dağılması və Soyuq Müharibə CİA planlarının üstünü açdı. Bundan sonra amerikalılar dünyada hegamonluq etmək və müstəqil dövlətləri işğal etmək məqsədi ilə yeni təhdid icad etdilər. Kimyəvi qırğın silahları və terror ilə mübarizə.

Porterin kitabını diqqətlə incələdikdə məlum olur ki, ABŞ və İsrailin İrana qarşı təhdidlərini əsasında heç də nüvə enerji proqramı durmur. Əksinə bu təhdidə səbəb İranın regionda və bütün dünyada müstəqil siyasət yeritməsi, təsir gücünə sahib olması və elm və texnalogiya sahəsində xeyli inkişaf etməsidir.
Source : Islamtimes
Comment