0
Tuesday 3 June 2014 - 13:24

Tartus vilayətində 779 səsvermə məntəqəsi fəaliyyət göstərir

Story Code : 388715
Tartus vilayətində 779 səsvermə məntəqəsi fəaliyyət göstərir
"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, Tartus vilayətinin sakinləri də digər şəhərlərdə olan suriyalılar kimi günün ilk saatlarından səsvermə məntəqələrinə gələrək prezidentlərini təyin edir. Bu seçkilərin əsas hədəfi terrorizmlə mübarizədir.
Suriya Mərkəzi Seçki Komissiyasının sədri Əli İmran bildirib ki, seçki komissiyalarında fəaliyyət göstərən şəxslərin əksəri öncəki seçkilərdə də fəaliyyət göstərmiş təcrübəli şəxslərdir. 
Əli İmran əlavə edib ki, bu nəzarət komissiyalarının vəzifəsi seçkilərdə hansısa namizədin tərəfini tutmamaqla, seçkilərin gedişatına müdaxilə etməməklə mümkün qanun pozuntularının qarşısını almaqdır. Tartus vilayətinin icra hakimiyyətindən bildirilib ki, bu vilayətdə 779 səsvermə məntəqəsi quraşdırılıb. Məntəqələrdə təhlükəsizlik tədbirləri gücləndirilib və əhalinin seçkilərdə iştirakı yüksək səviyyədədir.
Comment