QR CodeQR Code

Tileliyə qətliamını törədən İŞİD-lilərin altısı Türkdür!

Islamtimes , 4 Jun 2014 00:11

İslamtimes - Həsən Camal PYD lideri Saleh Müslimlə 7 uşaq daxil olmaqla bir çox vətəndaşın öldürüldüyü Tileliye qətliamı haqqında danışdı.


Demokratik Kürd Birliyi Partiyasının (PYD) həmsədri Saleh Müslim Rojavada ən az 15 nəfərin öldürüldüyü Tileliye qətliamını törədənlər arasında 6 türkün olduğunu söylədi.
İraq Şam İslam Dövləti (İŞİD) Rojavada 29 mayda səhərə yaxın kürdlərin yaşadığı Tileliye kəndinə basqın etdi. Qətl edilənlər arasında 7 uşağın da olduğu bildirilən qırğında öldürülənlərin çoxu Hələbdən qaçaraq kürdlərin yanında işə gələn ərəblər idi.
Rojava muxtar vilayəti rəhbərliyinin silahlı gücü Xalq Müdafiə Birlikləri (YPG) İŞİD-ə müqavimət göstərərək eyni gün kəndin nəzarətini ələ keçirdi. Qarşıdurmada ölən İŞİD üzvlərinin sayının təxminən 10 olduğu bildirilərkən PYD lideri Saleh Müslim ölən İŞİD-lilər haqqında məlumatlar paylaşdı.
T24 yazıçısı Həsən Camalın “Rojavada İŞİD qətliamı, kürdlər və İŞİD-nin Türkləri ..." başlıqlı yazısında (1 May 2014) qeyd olunan məlumatlara görə, Saleh Müslim Tileliye qətliamını törədən İŞİD-lilər arasında 6 türkün olduğunu söylədi. Camalın telefonda danışdığı Müslim bu ifadələri istifadə etdi:
"Ölü ələ keçən İŞİD-lilər arasında 6 nəfərin türk olduğunu, bəli səhv eşitmədiniz , 6-sının türk olduğunu təsbit etdik."


Story Code: 388929

News Link :
https://www.islamtimes.org/az/news/388929/tileliyə-qətliamını-törədən-işid-lilərin-altısı-türkdür

Islam Times
  https://www.islamtimes.org