0
Tuesday 3 June 2014 - 17:14

ABŞ xarici siyasətini Sionist lobbisi yürüdür

Story Code : 389132
ABŞ xarici siyasətini Sionist lobbisi yürüdür
ABŞ xarici siyasətini Sionist lobbisi yürüdür
Press TV-yə müsahibəsində sabiq ABŞ konqres işçisi Rodney Martin deyib: “ABŞ-ın Yaxın Şərqdə yürütdüyü xarici siyasət həmişə “şizofrenik” xarakter daşıyıb, çünki o bölgədə Sioinist lobbisinin xüsusi maraqları var.”

O bu yaxınlarda beş Taliban liderinə qarşılıq bir ABŞ əsgərinin azad edilməsi hadisəsinə toxunmuş və bildirmişdir ki, Taliban bütövlükdə əl Qaidə demək deyil, əksinə bu 1990-cı illərdə Əfqanıstanda bir hökumət olmuşdur.

Bazar günü gizli danışıqların tərkib hissəsi olaraq beş talibanlı məhbus beş il müddətində Əfqanıstanda əsir saxlanılan 28 yaşlı çavuş Bove Berqdahl ilə dəyişilmək üçün Qətərə göndərilib.

Martin qeyd edərək bildirib ki, Qətər ABŞ-ın adından geosiyasi vəziyyətdə maraqlı rol oynayır.

Şərhçi izah edərək bildirib: “Mən fikirləşirəm ki, Qətər üçün ən yaxşı seçim öz maraqları çərçivəsində hərəkt etməsidir və bu cür sövdələşmələrdə vasitəçi rolunu oynamasın.”

Əfqan hökuməti deyib ki, onlara heç vaxt ABŞ administrasiyası tərəfindən bu sövdələşmə haqqında heç bir məlumat verilməyib və Vaşinqtonu beş Taliban məhbusun Qətərə transfer edilməsi səbəbindən tənqid edib.

Əfqan xarici işlər naziri sabiq talibanlı məhbusların üçüncü ölkəyə transfer edilməsini beynəlxalq qanunlara zidd hesab edib.
Kabul və Vaşinqton arasında münasibətlər son zamanlar ABŞ-ın Əfqanıstanın suverenliyinə zidd hərəkətlər etməsi səbəbindən kəskinləşib.
Source : Islamtimes
Comment