0
Saturday 2 October 2010 - 07:30

Türkiyə terrorun kökünü kəsməyə çalışır

Story Code : 38926
Türkiyə terrorun kökünü kəsməyə çalışır
Türkiyə terrorun kökünü kəsməyə çalışır
Həm daxili imkanlar, həm də qonşular və müttəfiqlərlə bu sahədə əməkdaşlıq gözdən keçirilir, yeni planlar hazırlanır.
Dünən də dövlətin zirvəsi terrorla mübarizə məsələlərini müzakirə edib. Öncə baş nazir Rəcəb Tayyib Ərdoğan Baş Qərargaha gedib və ordu rəhbəri İşıq Koşanerlə görüşüb. Daha sonra isə prezident Abdulla Gül baş naziri, ordu rəhbərini və MİT rəhbərini ayrı-ayrılıqda qəbul edib.
Terroru bitirməkdə qərarlı olan hökumət hər cür diplomatik addımları da davam etdirir. Yaxın günlərdə dövlətin zirvəsinin bu istiqamətdəki müzakirələri davam etdirəcəyi bildirilir.
Qonşu ölkələrlə aparılan danışıqlar da davam etdiriləcək. Yaxın günlərdə MİT rəhbəri Hakan Fidan İraqın şimalına səfər edəcək.
Daxili işlər naziri Bəşir Atalay və xarici işlər naziri Əhməd Davudoğlu isə Yüksək Səviyyəli Əməkdaşlıq toplantısı üçün Suriyaya gedəcək.
NATO-nun baş katibi Anders Foq Rasmussenin Ankaraya səfərinin gündəliyindəki mövzulardan biri də terrorla mübarizə olacaq. Rasmussenin səfəri ərəfəsində İraqın şimalı ilə Türkiyə arasında tampon bölgə yaradılması məsələsi müzakirə olunmağa başlayıb. Bu yolla terrorçuların İraqdan Türkiyəyə sızmasının qarşısının alına biləcəyi düşünülür. Bu iddialara da yaxın günlərdə aydınlıq gələcək.
Comment