0
Tuesday 3 June 2014 - 14:48

İran islam insan haqları komitəsi Təbrizdə islamçı məhbuslarla bağlı seminar keçirdi

Story Code : 389345
İran islam insan haqları komitəsi Təbrizdə islamçı məhbuslarla bağlı seminar keçirdi
Dünən 2014-cü il iyun ayının 2-də Təbrizdə İran islam Respublikasının milli qəhrəmanı Səttarxanın evində İran İslam İnsan Haqları Komitəsinin təşkil etdiyi “İslam dinində və qərb mədəniyyətində insan haqlarının qorunması” adı altında Təbrizin ən tanınmış hüquqşünaslarının iştirakı ilə elmi seminar keçirilmişdir.

Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin “İslamçı Məhbuslarla Həmrəylik” ongünlüyü proqramlarına dəstək olaraq təşkil olunmuşdu.

Seminarda iştirak üçün Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri, Beynəlxalq əl-Mustafa (s) Universitetinin Quran və hüquq fakültəsinin doktorantı, Höccətül-İslam Faiq Vəlizadə də dəvət olunmuş, çıxışında Azərbaycanda haqları pozulmuş islamçı məhbuslar haqda məruzə etmiş, onların tezliklə həbsdən azad edilməsinin vacibliyini bildirmişdir.

Çox geniş auditoriyanın iştirakı ilə baş tutmuş seminarda çıxış edən tanınmış hüquqşünaslar Azərbaycandakı İslam məhbuslarının haqlarını müdafiə etmiş və onların dərhal azad olunmasını tələb elmişlər.

Müdafiə Komitəsinin Mətbuat Şöbəsi

2014-06-03
Source : Hicab.org,Arannews
Comment