0
Wednesday 4 June 2014 - 14:51

Hacı Abgül Süleymanov vəkili ilə görüşüb

Story Code : 389347
Hacı Abgül Süleymanov vəkili ilə görüşüb
Hacı Abgül Süleymanov vəkili ilə görüşüb
Bu barədə İslamazeri.az-a Zaman Səmədov məlumat verib.

O, saytımıza açıqlamasında qeyd edib ki, “Hacı Abgül Süleymanovun səhhəti yaxşıdır. Görüşümüz qısa oldu. Gününü kitab oxumaqla keçirir. Bütün möminlərə salamı var.”

Mübariz ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında saxta ittihamlarla həbs olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərara əsasən 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı cəzaçəkmə müəssisəsindən qapalı tipli CÇM-ə köçürülməsi haqqında qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb və 2014-cü ilin yanvar ayında ruhani 8 saylı qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Source : Islamazeri
Comment