QR CodeQR Code

43 dinc sakin öldürüldü

6 Jun 2014 13:03

IslamTimes - BMT-nin Əl-Qaidəyə bağlı qruplar siyahısına daxil etdiyi "Boko Haram" qruplaşması yenə dinc sakinlərə zərər verib.


ANS PRESS-in məlumatına görə, Nigeriyanın Borno əyalətinin Bardari kəndində "Boko Haram" qruplaşması hücum təşkil edərək 43 nəfərin həyatına son qoyub.
Şahidlər bildirir ki, silahlı qruplaşma özünü ordunun üzvləri kimi göstərərək kəndə girib, daha sonra isə evlərdəki dinc sakinləri çölə çıxararaq atəşə tutublar.
Hücumda ən az 43 nəfər öldürüldüyü bildirilsə də, ölənlərin sayı barədə rəsmi qurumlar dəqiq məlumat verməyib.
Qeyd edək ki, bir müddət əvvəl 200-ə yaxın məktəbli qızı oğurlayan "Boko Haram" qruplaşmasında qarşı Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının da dəstəyi ilə irimiqyaslı əməliyyatlar başladılıb.


Story Code: 389539

News Link :
https://www.islamtimes.org/az/news/389539/43-dinc-sakin-öldürüldü

Islam Times
  https://www.islamtimes.org