QR CodeQR Code

ABŞ İranın daxili işlərinə müdaxilə edir

2 Oct 2010 14:45

IslamTimes - İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir


İranın Xarici işlər nazirliyi ABŞ-ın insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq, Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda ittiham edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Bu həftənin əvvəli ABŞ prezidenti Barak Obama İranda president seçkilərində Mahmud Əhmədinejadın qalib gəlməsindən sonra etiraz nümayişlərini dağıtmaqda ittiham olunan səkkiz İranın rəsmisinə qarşı sanksiyalar tətbiq edilməsi haqda fərman imzalayıb. İranın dövlət mətbuatı Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəstə istinadən xəbər verib ki, bu addım Amerikanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra baş verən iğtişaşları dəstəklədiyini sübut edir.


Story Code: 38973

News Link :
https://www.islamtimes.org/az/news/38973/abş-iranın-daxili-işlərinə-müdaxilə-edir

Islam Times
  https://www.islamtimes.org