0
Saturday 2 October 2010 - 14:55

Fransa etiraz aksiyaları ilə çalxalanır

Story Code : 38975
Fransa etiraz aksiyaları ilə çalxalanır
Fransa etiraz aksiyaları ilə çalxalanır
Avropada nümayişlər dalğası ara vermir. Fransanın paytaxtı Parisdə nümayişlərə tibb işçiləri də qatılıb. Onlar səhiyyə təşkilatlarında islahatların aparılması və həkim-anestezioloqların əmək haqqlarının azaldılmasına qarşı etiraz ediblər. Yelisey ətrafında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Nümayişçiləri dağıtmaq üçün polis dəyənək və göz yaşardıcı qazdan istifadə edib.
Bu arada isə Marseldə liman işçiləri tətilə başlayıblar. Onlar limanın özəlləşdirilməsinə etiraz ediblər. Limanın fəaliyyəti dayandırılıb. Onlarla tanker limanda qalıb. Nümayişçilər şəxsi firmaların tezliklə müflisləşəcəyindən və iş yerlərinin bağlanacağından ehtiyat edirlər.
İslandiyada isə 2 mindən artıq insan parlament binası qarşısında etiraz aksiyası keçirib. Onlar bankların iflasından sonra hökuməti lazımi tədbirlər görməməkdə ittiham edirlər. Nümayişçilərin sözlərinə görə, məhz bu səbəbdən hazırda maliyyə sahəsində ciddi problemlər yaşanır. Aksiyaçılar həm də ipoteka faizlərinin artmasından sonra evlərini itirən insanlara dəstək olduqlarını bildiriblər. Onlar binadan çıxan parlament üzvlərinə yumurta, çörək, qatıq və meyvə atıblar. Parlamentariləri mühafizə edən polislə aksiyaçılar arasında qarşıdurma da baş verib.
Comment