0
Saturday 7 June 2014 - 11:03

ABŞ İran neftinə tətbiq edilən sanksiyaları altı ay müddətinə təxirə salır

Story Code : 389858
ABŞ İran neftinə tətbiq edilən sanksiyaları altı ay müddətinə təxirə salır
ABŞ İran neftinə tətbiq edilən sanksiyaları altı ay müddətinə təxirə salır
Ağ Evin mətbuat katibi Jay Karney deyib: “ABŞ İran və 5+1 qrupu arasında Birgə Plan Layihəsi çərçivəsində İran xam neft satışına tətbiq edilən embarqonu altı ay ərzində dayandırmağı qərara alıb.”

O İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Rusiya, ABŞ, Çin, Britaniya, Fransa və üstəgəl Almaniya arasında 2013-cü il noyabr ayında imzalanan nüvə razılaşmasına istinad edirdi.

Razılaşmaya əsasən altı ölkə İranın altı ay ərzində nüvə fəaliyyətinin müəyyən hissəsinə limit tətbiq etməsi müqabilində İrana qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi haqqında razılığa gəliblər.

Karney deyib: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsdiq edərək bildirib ki, İran bu razılaşmanın şərtlərinə əməl edir.”

O İran neft sahəsinə tətbiq edilən qadağalar səbəbindən qlobal neft bazarında bir sıra çatışmazlıq və qıtlığın artdığını təsdiq edib.
20 Yanvar tarixində qüvvəyə minən İranın dünya gücləri ilə razılaşmasından məqsəd İslam Respublikasının nüvə enerji proqramı üzərində mövcud olan mübahisəyə son qoymaqdır.

2 İyun tarixində Atom Agentliyinin baş katibi Yukiya Amano İranı agentlik ilə şəffaf şəkildə əməkdaşlıq etdiyi üçün alqışlamış və demişdir ki, bu əməkdaşlıq BMT agentliyinin İran nüvə enerji proqramının mahiyyətini anlamaqda böyük kömək olmuşdur.

23 May tarixində rüblük hesabatda BMT nüvə agentliyi deyib ki, İran dünya gücləri ilə əldə edilmiş nüvə razılaşmasının şərtlərinə əməl edir.
Source : Islamtimes
Comment