0
Sunday 3 October 2010 - 07:42

Amerikada Obama dövlətinə qarşı iri həcmli nümayişlər başladı

Story Code : 39006
Amerikada Obama dövlətinə qarşı iri həcmli nümayişlər başladı
Amerikada Obama dövlətinə qarşı iri həcmli nümayişlər başladı
“Farsnews” xəbər agentliyinin verdiyi xəbərə əsasən ötən gün yüz minlərlə Amerika vətəndaşı Amerikadakı işsizlik və dövlətin iqtisadi siyasətinə etiraz olaraq ölkənin müxtəlif məntəqələrindən Vaşinqton küçələrinə axışıblar.
Amerikanın iqtisadi siyasəti bu ölkədə işsizliyin rövnəq almasına və ölkə əhalisinin yaşayışını ən aşağı səviyyəyə endirib. Elə bu səbəbdən də ölkə vətəndaşları paytaxt Vaşinqtonda etiraz aksiyalarına başlayıb. Bu nümayişlər paytaxtdan əlavə Amerikanın bir neçə digər digər ştatlarına da çəkilib.
Qeyd edək ki, əhali Amerikanın müxtəlif məntəqlərindən özlərini Vaşinqtonda keçirilən bu iri həcmli nümayişə çatdırıblar. Hər an Vaşinqtondakı bu nümayişçilərin sayı artmaqdadır.
Nümayişçilər əllərində etirazlarını yazdığı lövhələrlə yanaşı öz səsləri ilə də Obamanın son illər ərzində müharibəyə xərclədiyi yüksək məbləğdə pullara etiraz ediblər.
Amerika əhalisi “İşkəncələrə son qoyun”, “Müharibə dollarlarını Amerikaya qaytarın”, “Müharibəyə son qoyun və Amerikanı yenidən qurun”, “İrana qarşı müharibə siyasətinə son qoyun”, “İrana qarşı sanksiyalara son qoyun” və “Yeni iş yerlərinin açılması haqda düşünün, yeni müharibələr haqda yox” kimi şüarlar səsləndiriblər.
Bundan öncə də Amerikanın bir çox şəhərlərində FBI-ın müharibə əleyhdarlarının evinə soxulmasına etiraz olaraq nümayişlər keçirilmişdi.
Bir neçə gün öncə “ICA” rəhbəri Sara Flouders bildirmişdi ki, Amerika dövləti etirazların şəhər küçələrinə çəkilə biləcəyindən narahatdır.
Comment