QR CodeQR Code

Hillari Klinton: Mənim İraq müharibəsinə razılıq verməyim səhv olub

Islamtimes , 7 Jun 2014 13:14

Islamtimes - ABŞ-ın sabiq senatoru və dövlət katibi Hillari Klinton 2016-cı il prezident seçkiləri zamanı ona qarşı qoyula bilən ehtimalların qarşısını almaq məqsədi ilə deyib ki, onun ABŞ-ın İraq üzərində müharibəsinə razılıq verməsi səhv olub.


CBS xəbər agentliyinin verdiyi məlumata əsasən onun 2002-ci il İraqa qarşı Senat səsverməsində iştirak etməsi və bu müharibəyə razılıq verməsinin bir səhv olduğu haqda məlumat Hillari Klintonun 10 iyun tarixində təqdimat mərasimi keçiriləcək yeni qələmə aldığı “Çətin Seçimlər” adlı kitabında öz əksini tapıb.

Klinton deyib: “Bir çox senatorlar istəyirdilər ki, bu qətnamənin əleyhinə səs versinlər və mən də onlardan biri idim. Elə ki, müharibə başladı və mən bu müharibədə oğlunu, qızını, atasını və yaxud anasını itirən hər bir ailəyə başsalığı məktubu göndərdikcə nə dərəcədə böyük bir səhv etdiyimi anlayırdım.”

O əlavə edərək deyib: “Mən fikirləşirdim ki, düz etmişdim və məndə olan məlumatlara əsasən bu addımı atmışdım. Həmçinin bu səhvi tək mən etməmişəm.”
İraq üzərində müharibəni qanuniləşdirən Senatın razılığı 2008-ci il prezident seçkiləri zamanı Klintona qarşı istifadə edilmişdir.

Klintonun rəqibi olan Barak Obama isə əvvəldən etibarən İraq müharibəsinə qarşı olmuşdur. O hələ 2002-ci ildə İllinoisin senatoru olduğu dövrdə müharibə əleyhinə çıxış etmişdir.
Klinton özünü müharibəyə razılıq verməkdən kənar edə bilməmiş, ancaq sonradan bu addıma görə peşman olduğunu bildirmişdir.

2003-cü ildə ABŞ keçmiş İraq diktatorunun kimyəvi qırğın silahlarına sahib olması bəhanəsini irəli sürərək İraqı işğal etdi.

Malayziyada yerləşən Müharibə Cinayətləri Tribunalı 2011-ci ildə sabiq ABŞ prezidenti Corc Buş və sabiq Britaniya baş naziri Toni Bleyri İraq müharibəsində olan rollarına görə müharibə cinayəti törətməkdə təqsirkar hesab etmişdir.

Hərbi Tribunal həmçinin qeyd edərək bildirib ki, Buşun rəhbərliyi altında ABŞ İraqın kimyəvi silahlara sahib olması haqqında sənədləri saxtalaşdırmışdır.

Ancaq dünya daha sonra öyrəndi ki, İraq rejimi heç bir kimyəvi qırğın silahlarına sahib olmayıb və Buş və Bleyr bu haqda məlumatlı olublar.

Kaliforniyada yerləşən müharibə qurbanlarının araşdırma təşkilatının verdiyi məlumata əsasən İraqın işğalı zamanı bir milyondan artıq iraqlı həlak olmuşdur.


Story Code: 390234

News Link :
https://www.islamtimes.org/az/news/390234/hillari-klinton-mənim-iraq-müharibəsinə-razılıq-verməyim-səhv-olub

Islam Times
  https://www.islamtimes.org