0
Sunday 8 June 2014 - 13:29

İrana qarşı sanksiyalar ABŞ-ın imperialist dövlət olduğuna sübutdur

Story Code : 390236
İrana qarşı sanksiyalar ABŞ-ın imperialist dövlət olduğuna sübutdur
İrana qarşı sanksiyalar ABŞ-ın imperialist dövlət olduğuna sübutdur
Siyasi analitik Brayn Beker ABŞ-ın İrana qarşı nüvə enerji proqramı səbəbindən tətbiq etdiyi sanksiyalara toxunmuş və demişdir: “Bu həqiqətən də böyük imperialist siyasətin nişanıdır. Yalnız ən çox imperialist ölkə dünyada digər xalqlara qarşı bu cür iqtisadi müharibə apara bilər.”

Analitik qeyd edərək bildirib ki, bu cür sanksiyaların ilk qurbanı kasıblardır, məxsusən də bu təbəqənin uşaqları, çünki tətbiq edilən sanksiyalar səbəbindən alıcı qüvvəsi böyük səviyyədə aşağı düşür.

Analitik bu açıqlamanı ABŞ dövlət departamentinin bu yaxınlarda Vaşinqtonun İran və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün Fransanın BNP Paribas bankını 10 miyard dollar dəyərində cərimələyəcəyini bildirdikdən sonra etdi.

Avropanın ən böyük banklarından biri olan BNP Paribas cərimələnəcəyi təqdirdə həmçinin valyuta kimi dollardan istifadə etmək haqqını itirəcək.

Fransa rəsmiləri bildirib ki, cərimə Fransa maliyyə sistemini çökdürə bilər və Fransanın iqtisadi inkişafını zəiflədəcək.

2012-ci ilin əvvəllərində ABŞ və Avropa Birliyi digər ölkələrin İran neftini almasının və İran Mərkəzi Bankı ilə əməliyyatlar aparmasının qarşısını almaq məqsədi ilə İranın neft və bank sektoruna sanksiyalar tətbiq etdilər.

Sanksiyalar İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə edərək nüvə silahı əldə etmək istəməsi bəhanəsi ilə tətbiq edildi.

Tehran isə öz növbəsində tutarlı sübutlar irəli sürərək bu ittihamları rədd edib.
Source : Islamtimes
Comment