0
Sunday 8 June 2014 - 14:48

Siyasi analitik: İrana qarşı qeyri qanuni qadağalar ABŞ və Qərbin ziyanınadır

Story Code : 390244
Siyasi analitik: İrana qarşı qeyri qanuni qadağalar ABŞ və Qərbin ziyanınadır
Siyasi analitik: İrana qarşı qeyri qanuni qadağalar ABŞ və Qərbin ziyanınadır
Yazıçı və siyasi analitik olan Kaveh Əfrasiyabi deyib: “Fransanın ABŞ-ı Vaşinqtonun İran da daxil olmaqla bəzi ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların Fransa bankı tərəfindən pozulması səbəbi ilə bankı cəzalandırdığı üçün xəbərdarlıq etməsi mövcud olan geniş miqyaslı problemlərin simptomlarını göstərir.”

O əlavə edərək deyib: “Qərb dövlətləri arasında İrana qarşı olan sanksiyalar mövzusunda birlik artıq açıq aşkar şəkildə ayrılığa səbəb olmuş və bu öz bariz nümunəsini Fransa prezidentinin ABŞ-ın ölkəyə məxsus bankı cərimələməsi səbəbindən Vaşinqtonu xəbərdar etməsi olmuşdur.”

O bildirib ki, vəziyyətin gərginləşməsi artıq ABŞ – Fransa əlaqlərində və yaxud da ABŞ – Avropa münasibətlərində kiçik münaqişələrin mövcudluğuna əsas verir.

Şərhçi tez bir zamanda İran nüvə məsələsi üzərində son qərara gəlməyin vacibliyini bildirmiş və demişdir: “Bu məsələ nə qədər uzansa, bir o qədər də ABŞ və onun qərbli müttəfiqləri və İran ilə əlaqələri bərpa etmək arzusunda olan digər müttəfiqləri ilə münasibətləri pozulacaq və bu da ABŞ-ın öz maraqlarının ziyanınadır.”

Əfrasiyabi deyib ki, İran nüvə enerji proqramı üzərində mövcud olan problemi ağıllı şəkildə həll etmək mövcud problemlərin qarşısını almağın ən düzgün yolu ola bilər.

Analitik bu açıqlamanı ABŞ dövlət departamentinin bu yaxınlarda Vaşinqtonun İran və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün Fransanın BNP Paribas bankını 10 miyard dollar dəyərində cərimələyəcəyini bildirdikdən sonra etdi.

Avropanın ən böyük banklarından biri olan BNP Paribas cərimələnəcəyi təqdirdə həmçinin valyuta kimi dollardan istifadə etmək haqqını itirəcək.

Fransa rəsmiləri bildirib ki, cərimə Fransa maliyyə sistemini çökdürə bilər və Fransanın iqtisadi inkişafını zəiflədəcək.
Source : Islamtimes
Comment