QR CodeQR Code

Fransalı siyasətçi: ABŞ Avropa Birliyinin siyasətini təyin edir

Islamtimes , 9 Jun 2014 00:41

Islamtimes - Fransa Milli Cəbhəsinin lideri deyib ki, Avropa Birliyi xarici siyasətdə idarəçiliyi Vaşinqton rəsmilərinə uduzub.


Fransanın RT kanalına müsahibə verən Marine Le Pen deyib: “Avropa Birliyi siyasəti böyük bir fəlakət içərisindədir. Avropa Birliyi xarici siyasət sahəsində iş görərkən ya problemlər yaradır, ya da ki, vəziyyəti daha da pisləşdirir.”

Fransanın sağ qanad cəbhəsinin lideri qeyd edərək bildirib ki, Avropa Birliyi müstəqil siyasət yürütməlidir və ABŞ-ın qlobal arenadakı maraqlarına xidmət etməməlidir.

O həmçinin Avropa Birliyini Ukrayna hökumətinə müttəfiqlik təklif edərək ölkədə mövcud olan vəziyyəti daha da qızışdırdığı üçün tənqid edib.

Le Pen deyib: “Ukraynaya müttəfiqlik təklifi irəli sürmək Rusiya ilə əlaqələri kənara qoymaq mənasını verir və bu da Avropa Birliyinin Rusiyaya qarşı açıq aşkar xayanətidir və bu ölkə daxilində münaqişə və ixtilafı daha da qızışdıracaq.”

“Avropa Birliyi təhdid və sanksiyalar vasitəsilə vəziyyəti gərginləşdirməkdən başqa heç bir şey etmir və bu da ki, heç bir kəsin danışıqlar masasına əyləşərək münaqişəni dinc və sülh yolu ilə həll etməyə rəvac vermir.”

Le Pen əlavə edərək deyib ki, Ukrayna hələki, Avropa Birliyinin tərkibinə daxil olmaq üçün lazım olan iqtisadi inkişaf səviyyəsinə çatmayıb vu bu genişlənmə birliyin qanunlarının əksinədir.

O deyib: “Mənim Ukraynaya qarşı simpatiyam var və bu səbəbdən də mən dostlarımı bu kabus birliyinə dəvət etmək istəmirəm. Mən özüm Avropa Birliyi tərkibindən çıxmaq istəyirəm və bu səbəbdən də onlara birliyə daxil ol deyə bilmərəm.”

Müsahibə zamanı Le Pen deyib ki, Suriya və Liviyada mövcud olan münaqişə Vaşinqtonun Avropa Birliyi siyasətini yanlış istiqamətə yönəltməsi səbəbindəndir.

“Biz (Fransa Milli Cəbhəsi) Fransada Suriyaya müdaxilə planının qarşısında duran yeganə partiyayıq. Münaqişə başlayarkən biz dedik ki, Fransa terrorçulara silah-sursat verir və bu bir zamanlar Liviyada baş vermişdir.”


Story Code: 390322

News Link :
https://www.islamtimes.org/az/news/390322/fransalı-siyasətçi-abş-avropa-birliyinin-siyasətini-təyin-edir

Islam Times
  https://www.islamtimes.org