0
Sunday 3 October 2010 - 16:03

İran-Suriya münasibətlərinin inkişafı daha da sürətlənməlidir

Story Code : 39079
İran-Suriya münasibətlərinin inkişafı daha da sürətlənməlidir
İran-Suriya münasibətlərinin inkişafı daha da sürətlənməlidir
Həzrət Ayətullah əl-Üzma Xamenei dünən şənbə (2 oktyabr) Suriya prezidenti Bəşşar Əsədir qəbulu zamanı , Suriyanın sabiq prezidenti rəhmətlik Hafiz Əsədin xatirəsini əzizləyərək , xatırladıblar: İran İslam Respublikası ilə Suriya arasındakı münasibətlərin möhkəmliyi və davamlığı son 30 il müddətində misilsiz olub.

Böyük Rəhbəri İran-Suriya arasında mövcud olan siyasi əlaqələrin səviyyəsini əla adlandıraraq iki ölkə arasındakı iqtisadi-texniki münasibətlərdən razı qaldıqlarını bildirib və buyurublar : hələ də bu münasibətlərin inkişafı üçün böyük potensiallar var. Həzrət Ayətullah əl-Üzma Xamenei xatırladaraq buyurublar : Regionda heç bir iki ölkə arasında bu kimi möhkəm əlaqə olmayıb , bu təcrübədən olduqca yararlanmaq lazımdır.

Böyük Rəhbər sözlərinin digər hissəsində Amerikanı bölgədəki müqavimətin əsas müxalifi adlandıraraq onun səylərinin həmişə olduğu kimi uğursuz qalacağına ümidvar olduğunu bildirmişdir.

Həzrət Ayətullah əl-Üzma Xamenei həmçinin regionun dost ölkələri arasındakı əməkdaşlıqların inkişafı üzərində təkidlə İraqa bütün siyasi qrupların həmişə olduğu kimi xalqın səsinə əsasən yekdilliklə ölkənin abadlaşdırılması uğrunda əsaslı addımlar atacağına ümidvar olduğunu bildirmişdir.
Source : IRIB
Comment