0
Wednesday 11 June 2014 - 04:48

Rusiya, Ukrayna və AB arasında qaza dair danışıqlar iyunun 11-nə keçirilib

Story Code : 390939
Rusiya, Ukrayna və AB arasında qaza dair danışıqlar iyunun 11-nə keçirilib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir. 
Danışıqlar energetika məsələləri üzrə Avropa komissarı Günter Ettinger, Rusiyanın energetika naziri Aleksandr Novak və Ukraynanın energetika naziri Yuri Prodan arasında Brüsseldə iyunun 11-də səhər saatlarında baş tutacaq”, deyə məlumatda bildirilir.
Energetika məsələləri üzrə Avropa komissarının mətbuat katibi Sabina Berger, öz növbəsində, bildirib ki, üçtərəfli görüş səhər Bakı vaxtı ilə 11.30-da başlayacaq. “Bundan əvvəl ikitərəfli görüşlərin keçiriləcəyi istisna olunmur”, deyə o əlavə edib.  
Comment