0
Sunday 3 October 2010 - 19:53

ABŞ təyyarəsi yenidən Pakistana hücum edib

Story Code : 39098
ABŞ təyyarəsi yenidən Pakistana hücum edib
ABŞ təyyarəsi yenidən Pakistana hücum edib
Pakistan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatların pilotsuz təyyarəsinin tayfaların yaşadığı və Əfqanıstanla həmsərhəd şimal-qərb bölgəsinə etdiyi iki hücum nəticəsində 12 yaraqlı öldürülüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistan kəşfiyyat xidmətinin rəsmiləri isə deyirlər ki, pilotsuz təyyarə Şimali Vəziristanın Datta Xel kəndinə 4 raket zərbəsi endirib. Bundan bir neçə saat sonra pilotsuz təyyarə həmin bölgəyə yenidən raket zərbəsi endirib. Rəsmilərin dediyinə görə, sentyabr ayında Birləşmiş Ştatların pilotsuz təyyarəsi şimal-qərb bölgəsinə 21 dəfə hücum edib. İndiyə qədər bir ay ərzində bu qədər hücum həyata keçirilməyib.
Comment