QR CodeQR Code

Əfqanıstanda "Taliban" təşkilatının 79 terrorçusu məhv edilib

11 Jun 2014 15:26

IslamTimes - Əfqanıstanın Uruzqan vilayətində hökumət qüvvələrinin "Taliban" təşkilatının terrorçularına qarşı keçirdikləri anti-terror əməliyyatları zamanı 79 terrorçu məhv edilib.


Bu haqda məlumatı Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Zahir Əzimi verib, - "RT".
Əfqanıstanda iyun ayının 14-ü keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı bu ölkənin hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.
Xatırladaq ki, NATO-nun "Taliban" hərəkatının yaraqlılarını bombardman etməsi nəticəsində Alyansın 5 hərbçisi həlak olub.
Əfqanıstan hökumətinin verdiyi məlumata əsasən, "Taliban" hərəkatının yaraqlıları NATO-nun hərbi bazasına hücum edərək atəş açıblar. NATO-nun cavab atəşi nəticəsində Alyansın 5 hərbçisi həlak olub.
Bundan əvvəl bir neçə gün öncə "Taliban" rəhbərliyi xarici ölkələrin hərbçilərinə hücum edəcəyini bildiriblər. /Deyerler/


Story Code: 391069

News Link :
https://www.islamtimes.org/az/news/391069/əfqanıstanda-taliban-təşkilatının-79-terrorçusu-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org