QR CodeQR Code

Rusiya NATO təlimlərinə qarşı manevrlərə başlayıb

Islamtimes , 11 Jun 2014 19:32

islamtimes - Moskva və NATO arasında gərginlik artmağa davam etdiyi bir zamanda Kremlin Qərb hərbi aliyansının Rusiya sərhəddi yaxınlığında başlatdığı müharibə oyunlarına hərbi manevrlər təşkil etməklə cavab verib.


Rusiya Müdafiə Nazirliyi deyib ki, çərşənbə axşamı günü təşkil edilən təlimlərə Rusiya Baltik Dəniz donannması, Kalininqradda olan hərbi hava qüvvələri və paraşüt desant qoşunları iştirak ediblər.

Nazirlik deyib: “Kalininqrad manevrlərində iştirak edən hərbi heyətin və həmçinin müdafiə nazirliyi təchizatların sayı Rusiya sərhəddində NATO hərbi aliyansının təşkil etdiyi təlimlərdəki şəxsi heyət, silah-sursat və hərbi təchizatların sayı ilə eynilik təşkil edir.”

Bu təlimlər Rusiya xarici işlər naziri Serqey Lavrov NATO-nun onun ölkəsinin sərhədlərinə qarşı genişlənməsi əks nəticə verməsi ilə xəbərdarlıq etdikdən sonra təşkil edildi.

Lavrov deyib: “NATO-nun şərqə doğru süni şəkildə genişləndirilməsi, hərbi infrastrukturun şərqə və Rusiya sərhədlərinə doğru irəliləməsi əks təsir göstərəndir.”

Bu xəbərdarlıq Qərb hərbi aliyansı Rusiyanın qərb sərhədləri yaxınlığında müharibə oyunları təşkil etdikdən sonra gəldi. ABŞ, Britaniya və Kanada da daxil olmaqla 10 NATO üzv dövlətin 5000 ordu qüvvəsi və 800 hərbi texnika Latviyanın paytaxtı Riqada keçirilən hərbi təlimlərdə iştirak edirlər.

Bu arada ABŞ Şərqi Avropada mövcud olan NATO üzv dövlətlərə hərbi yardımın artırılmasını təklif edib.


Story Code: 391178

News Link :
https://www.islamtimes.org/az/news/391178/rusiya-nato-təlimlərinə-qarşı-manevrlərə-başlayıb

Islam Times
  https://www.islamtimes.org