0
Wednesday 11 June 2014 - 01:27

Klinton: Mən Obamanı Putin haqqında xəbərdar etmişdim

Story Code : 391245
Klinton: Mən Obamanı Putin haqqında xəbərdar etmişdim
Klinton: Mən Obamanı Putin haqqında xəbərdar etmişdim
“İnternational Business Times” xəbər agentliyinin verdiyi məlumata əsasən Klinton çərşənbə günü təqdimatını keçirdiyi “Çətin Qərarlar” kitabında deyib ki, o keçən il dövlət departamentinin tərk etməzdən əvvəl prezident Obamanı bu haqda xəbərdar etmişdir.

O kitabında yazır ki, Putin öz qonşularına və qlobal nizama təhlükə yaradır və həmçinin xəbərdar edərək bildirir ki, bizim Moskva ilə münasibətlərimizdə mövcud olacaq çətin günlər hələ qabaqdadır.

Sabiq birinci xanım deyib ki, o Obamaya administrasiyanın ilk günlərində prezidentə Rusiya ilə əlaqələrdə iki dəfə fikirləşməyi məsləhət görmüşdür.
Klinton deyib: “Birgə iş görməyə çox həvəsli olma. Putinə həddən artıq diqqət ayırma. Putinin başa düşəcəyi dil yalnız güc yoludur.”

O həmçinin yazaraq deyib ki, Rusiya Edvard Snoudenə müvəqqəti sığınacaq verdiyi zaman Obama nəhayətdə Moskva ilə razılaşdı.

Klinton deyib: “Rusiyanın Ukrayna münaqişəsindəki rolu Putinin uzun müddətli hədəflərinin sonuncu xatırlayıcısıdır.”

ABŞ və Rusiya rəsmiləri Ukraynada mövcud olan münaqişə səbəbindən gərginlik yaşamaqdadırlar.

Krım Ukraynadan ayrılaraq müstəqillik elan etdikdən və daha sonra isə referendum nəticəsində Rusiya Federasiyasına qoşulduğunu elan etdikdən sonra gərginlik daha da artdı.

Bu yaxınlarda Klintonun Putini Ukraynadakı hadisələr səbəbindən İkinci Dünya Müharibəsindəki Adolf Hitler ilə müqayisə etməsinə cavab olaraq Putin Klintonu öz bəyanatlarında heç vaxt müstəqil olmayan zəif qadın adlandırmışdır.

Çərşənbə günü “French TV”-də efirə gedən müsahibədə Putin deyib ki, yaxşısı budur ki, qadın ilə mübahisə etməyəsən.
Source : Islamtimes
Comment